Beynəlxalq

Daha bir neçə AXCP üzvü işdən çıxarılıb

Daha bir neçə nəfər AXCP üzvü siyasi mənsubiyyətinə görə işdən çıxarılıb. Bu barədə partiyadan məlumat yaylıb. Məlumatda ən son işdən çıxarılanlardan üçünün adı çəkilir:

  1. AXCP Ali Məclisinin üzvü Laçın Əsgərli Masallı rayon Çaxırlı kənd məktəbindən,
  2. AXCP Şəki rayon şöbəsi Gənclər Komitəsinin sədri Samir Həsənov işlədiyi özəl müəssisədən (“Avropa” MMC),
  3. AXCP Gənclər Komitəsinin fəalı Məhəmməd Rəsulzadə SOCAR-dan işdən çıxarılıblar.

Son günlərdə AXCP üzvləri iş yerləri vasitəsilə total təzyiq altına alınıb. Onların qarşısında “ya AXCP, ya iş” şərti qoyulur. AXCP üzvləri isə bir qayda olaraq partiyadan istefa tələbini rədd etdikləri üçün işdən çıxarılırlar. Formal səbəb kimi təbii ki, hansısa başqa yalançı əsaslar göstərilir.

Daha çox göstər
Back to top button