İctimaiyyət

Həbsdəki blogerin səhhətində problem var

“Ayağında və belində kəskin ağrılar var”

Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin səhhətində problemlər var. Bu haqda onun həyat yoldaşı Yekaterina Lapşina bildirib. O, sosial şəbəkələrdə blogerdən pis xəbərlər aldığını yazıb.

“Aleksandrdan pis xəbər var. O, hazırda təcridxananın sanitar bölməsində saxlanılır. Ancaq vəziyyəti yaxşı deyil”, – deyə yazan Yekaterina həyat yoldaşının taxikardiya və nevrologiyadan əziyyət çəkdiyini bildirib:

“Ayağında və belində kəskin ağrılar var. Gəzə, normal otura bilmir. Gecələr əzələlərində qıcolmalar olur. Normal müalicəyə ehtiyacı var. Təcridxananın həkimləri isə ona diklofenat verməklə kifayətlənirlər”, – deyə blogerin xanımı yazır. Rusiya, Ukrayna və İsrail vətəndaşı Aleksandr Lapşin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər və ölkənin ərazi bütövlüyünə qarşı çağırışlar etmək ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib.

O, 2016-cı ilin sonlarında Belarusda saxlanılıb, fevralın 7-də isə Azərbaycana ekstradisiya olunub. O, bir neçə il həbs cəzasına məhkum edilə bilər. Vəkillərinin bildirdiyinə görə, onun istintaqı bitmək üzrədir.

Daha çox göstər
Back to top button