Rusiya ümid edir ki, Ermənistan Rusiya və İran arasında ticarət üçün tranzit ölkə ola bilər: Babko

Ermənistan Rusiya və İran arasında ticarət üçün tranzit ölkə ola bilər, lakin bəzi məsələlər həll olunmalıdırlar. Bunu RF-nın Ermənistandakı ticarət nümayəndəsi Andrey Babko “Armenpress”-ə müsahibəsində bildirib.
“Rusiya ümid edir ki, Ermənistan Rusiya və İran arasında sənaye körpüsü ola bilər, lakin ilk öncə İrana gedən yol təmir olunmalıdır. Hazırkı yol yük avtomobilləri üçün çox təhlükəlidir və problemlər yarana bilər”,-deyə Babko qeyd edib.
Onun sözlərinə görə, yolun tikilməsi üçün investisiyalar lazım. İnvestisiyalar isə, yüklərin həcminin rəsmi şəkildə təsdiq olunduqdan sonra qoyulacaqlar.
“Hazırda həcmlər haqqında İran və Ermənistan tərəfindən heç bir məlumat yoxdur. Bu məsələnin həlli üçün danışıqlar və araşdırmalar lazım”,-deyə Babko vurğulayıb.