İctimaiyyət

”17 AXCP üzvü işdən çıxarılıb”

Gözəl Bayramlı: İşdən çıxarılanlar sənədlərini hazırlayırlar, yaxın günlərdə məhkəmələrə müraciət edəcəklər

8 aprel mitinqinə qədər Azərbaycan Xalq Cəbhəsi Partiyasının 5 üzvü işdən çıxarılıb, aksiyadan sonra 13 nəfər işindən məhrum edilib. Onların əksəriyyəti orta məktəblərdə çalışırmış.

Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Meydan TV-yə danışıb.

Gözəl Bayramlı deyir ki, 8 aprel aksiyasına qədər işdən çıxarılanlardan yalnız Sahib Rüstəmli sonradan işinə bərpa olunub. O da məhkəməyə şikayət etməklə pozulmuş hüququnu bərpa edə bilib.

Bayramlı işdən çıxarılanların müxtəlif bölgələrdən olduğunu bildirib:

“Bura Goranboy, Neftçala, Oğuz, Qəbələ, Şəki, Masallı və paytaxt rayonları daxildir”.

Gözəl Bayramlı söyləyib ki, işdən çıxarılanlar sənədlərini hazırlayırlar, yaxın günlərdə məhkəmələrə müraciət edəcəklər.

AXCP yetkilisi işdən çıxarılanların siyahısını Meydan TV-yə təqdim edib․

Daha çox göstər
Back to top button