Beynəlxalq

Hakimiyyətin Mehman Qələndərovun qətlini beynəlxalq ictimaiyyətdən gizlətmək cəhdi alınmadı

Cinayətkarlar adamları öldürərkən cinayətin izlərini itirməyi əsas problem kimi görür. Cinayəti ört-basdır etmək və məsuliyyət daşımamaq, qətlə görə cəzalanmamaq.
Azərbaycanın hüquq-mühafizə və məhkəmə sistemi məhz bu qaydalarla yaşayır və hərəkət edir.
Cinayəti ancaq müvəqqəti gizlətmək olar, gec ya tez bütün cinayətlər məlum olur.
Mehman Qələndərovun qətli barədə beynəlxalq ictimaiyyət dərhal məlumatlandırıldı və hər gün qatilləri tapmaq tələbləri səslənir.
Artıq mayın 3-də ABŞ Dövlət Departamenti xüsusi bəyanat verib və Mehman Qələndərovun qatillərinin tapılmasını istəyib.

United States Calls for Investigation Into Death of Mehman Galandarov – https://www.state.gov/r/pa/prs/ps/2017/05/270623.htm

Qeyd etmək vacibdir ki, prezident Donald Trampın gəlişindən sonra bu ABŞ Dövlət Departamentinin insan haqlarının pozulması ilə bağlı ilk bəyanatıdır!
İlk bəyanat məhz Azərbaycanla bağlıdır!!

Bu onun parlaq sübutudur ki, ABŞ-da lobbiçilərin ələ alınması üçün xərclənən milyonlar, Azərbaycanın Vaşinqtondakı səfiri Elin Suleymanovun müvafiq şirkətlərə pul ödənilməsi ilə bağlı imzaladığı bütün müqavilələr darmadağın oldu.
Azərbaycanda insan haqlarına qarşı cinayətlər Vaşinqtonda diqqətlə izləniləcək. Buna tam əmin oldum!!
Mayın 4-də AŞPA və Avropa Parlamentində vacib bəyanatlar verildi.
Azərbaycan üzrə AŞPA məruzəçiləri, avstriyalı deputat Stefan Şenak (Stefan Schennach, Austria, SOC) və rumıniyalı deputat Sezar Florin Preda (Cezar Florin Preda Romania, EPP/CD) Azərbaycan hakimiyyətini Mehman Qələndərovun həbsdəki ölüm səbəblərinin dərhal araşdırılmasına çağırdılar.
Öz növbəsində AŞPA-nın İnsan haqları komitəsinin rəhbəri, belçikalı deputat Alan Destex (Alain Destexhe) M.Qələndərovun həbsdə ölümünün araşdırılması tələbi ilə Azərbaycanın Ədliyyə Nazirliyinə xüsusi müraciət göndərib.
Rapporteurs call for investigation into the death in prison of Azerbaijani blogger. – http://assembly.coe.int/nw/xml/News/News-View-EN.asp?newsid=6631&lang=2&cat=9
Avropa Parlamentinin insan haqları komitəsinin rəhbəri cənab Panzeri (Mr Panzeri) xüsusi bəyanatla çıxış edərək M.Qələndərovun ölümünün dərhal araşdırılmasına çağırdı.
Mənə cənab Panzerinin çıxışının italyan və ingilis dillərində mətnini göndəriblər. Aşağıda ingiliscə olan mətni təqdim edirəm.
Diqqət yetirin, öz müraciətində Avropa Parlamentinin İnsan haqları komitəsinin rəhbəri qeyd edir ki, Mehman Qələndərov tərəfimizdən “vicdan məhbusu” kimi tanınıb və xüsusi olaraq “vicdan məhbusunun” ölümündə günahkar olanların üzərində məhkəmə qurulmasının zəruriliyi qeyd edir.

Leyla Yunus

Daha çox göstər
Back to top button