BaşlıcaSiyasət

Artsax müharibəsi erməni xalqı üçün ən böyük zəfərlərdən biri olub: Bako Sahakyan

Prezident Bako Sahakyan mayın 9-da Qələbə günü, Dağlıq Qarabağ Respublikası Müdafiə Ordusunun və Şuşinin azad edilmə gününün 25-ci ildönümü münasibətiylə təbrik mesajı göndərib.

Artsax Respublikası Prezidentinin təbrik mesajında deyilir:

“Sevimli həmvətənlilər, Böyük Vətən müharibəsi və Artsax müharibəsinin əziz veteranları, Müdafiə Ordusunun hörmətli generalları, zabitləri, əsgərləri Respublika hakimiyyətləri və şəxsən mənim adımdan Qələbə günü, Dağlıq Qarabağ Respublikası Müdafiə Ordusunun və Şuşinin azad edilmə gününün 25-ci ildönümü münasibətiylə sizi ürəkdən təbrik edirəm.

Biz Böyük Vətən müharibəsində əfsanəvi atalarımızın və babalarımızın göstərdiyi cəsarəti, onların yaşadığı həyatı ilə həmişə fəxr edirik. Onlar bizə yeni qələbələr qazanmaq üçün güc verirlər. Biz Şuşini onların qəhrəmanlıqlarından güc alaraq, güclərimizə və ədalətin qazanmasına inanaraq azad etdik. Artsax müharibəsi erməni xalqı üçün ən böyük qələbələrdən biri olub.

Bu gün biz daha çox qürur duyurq çünki, qorxmaz gənc nəsillərimiz var və onlar üçün vətən sərhədlərinin müdafiəsi, öz millətinin təhlükəsizliyi hər şeydən yüxarıdır. Onlar böyük şərəfilə öz babalarının işini davam edirlər və tarixdə yeni zəfər nümunələrini buraxırlar.

Bütün qəhrəmanlarımız şərəf və şöhrətə layıqdır.

Vətən müdafiəsində öz həyatlarını itirən bütün qurbanlarımız şərəf və şöhrətə layıqdır.

Əziz həmvətənlər,

Bu bayram günündə Ana Ermənistan, Artsax və Diasporadakı bütün xalqımızı təbrik edirəm. Biz bu bayramı birgə qurduq, bütün çətinliklərin qarşısını birgə aldıq. Zəfər yolumuzu birgə qurduq. Həmişə belə olub və belə də davam ediləcək.

Hamımızı bir daha da təbrik edirəm və sülh, firavanlıq və uğurlar arzulayıram”.

Daha çox göstər
Back to top button