BaşlıcaTəhlil

Əliyevlər ailəsi Azərbaycanın neft gəlirlərini talan edir

Azərbaycan hökuməti milyardlarla neft və qaz gəlirlərini 4 istiqamətdə paylaşır hökumət, Əliyev ailəsi və dostları tərəfindən talan, hərbi xərcləri və digər büdcə məsələləri. Bu haqda “The California Courier” qəzetinin əməkdaşı Harut Sasunyan yazır.

O qeyd edir ki, “Təəccüblü deyil ki, Azərbaycan xalqının əksəriyyəti Əliyevlər monarxiyasnın qazandığı milyardlarla neft dollarlarına baxmayaraq ifrat yoxsulluqda yaşayır. ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair hesabatı Azərbaycandakı avtoritar rejiminin “geniş yayılmış korrupsiyasına” toxunmuşdu. “Transparency International” təşkilatı öz 2016-cı il Qlobal Korrupsiya Hesabatında Azərbaycanı ən korrupsiyalaşmış ölkələr sırasında qoyub. 176 ölkə arasında Azərbaycan 123-cü yerdə idi.

Keçən ay jurnalist Dafne Karuana Qalitsia öz saytında aşkar edib ki, Maltada “Pilatus” bakının üç böyük müştəriləri Azərbaycandandırlar. Onlardan biri Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, digərləri isə,prezident Əliyevin gənc oğlu Heydər Əliyev və qızı Leyla Əliyevadır. Qalatsia bildirir ki, “prezidentin oğlu Heydər Əliyev öncə Maltanın Valeta bankında hesab açmaq istəmişdi, lakin ən korrupsiyalaşmış ölkələrdən birinin siyasi həssas şəxslərindən biri və çirkli pulların yuyulması ciddi riskləri olduğu üçün rədd edildi”.

Qalitsia aşkar edib ki, “Pilatus bankının depozitlərinin 60 faizi Azərbaycanın siyasi həssas şəxslərinə məxsusdur”. Beləliklə də, əminliklə deyə bilirik ki, bu üç azərbaycanlı tərəfindən saxlanılmış pullar milyonlarla dollar təşkil edir…

Əliyevlər iştirakı ilə o qədər çox maliyyə qalmaqal var ki, bunlardan birini ayrılmaq çətindir, lakin “Washington Post”-ə görə,  ən böyük qalmaqallardan biri prezident Əliyevin üç uşağı tərəfindən Dubayda lüks daşınmaz əmlakların alınması ilə bağlıdır. O vaxt 11 yaşında olan Heydər Əliyev 2009-cu ildə 44 milyon dollarla 9 evi alıb…Onun bacıları Leyla və Arzu Əliyeva da 31 milyon dollarla bir neçə ev almışdı. Bütün bu əmlak üçün “nağd” pul ödənilmişdi.

Bu qədər gənc yaşında olan uşaqların 75 milyon dolları hardandır? Onlar heç bir gəliri yoxdu, prezident Əliyevin illik gəliri isə, 228 000 dollardır…

“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi” (OCCRP) beynəlxalq təşkilatının açıqladığı bir neçə hesabatlarda Azərbaycandakı böyük korrupsiya nümunələri haqqında məlumat vardır. 2012-ci ildə OCCRP İlham Əliyevi  cinayət və korrupsiya ilə əlaqəsi olduğu üçün “ilin adamı” seçib. OCCRP bildirir ki, prezident Əliyevin həyat yoldaşı Mehriban Əliyeva “ofşor şirkətlər şəbəkəsinin sahibi, direktoru və səhmdarıdır. Qeyd olunduğu kimi,  bu şirkətlər ailə tərəfindən milyonlarla dollarlıq bizneslər üçün istifadə olunurlar

Daha çox göstər
Back to top button