Siyasət

Bütün ermənilərin katolikosu II Qareqin Emmanuel Makronu Fransa prezidenti seçilməsi münasibəti ilə təbrik edib

Bütün ermənilərin katolikosu II Qareqin Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronu təbrik edib.

“Fransa həmişə də Avropa ailəsinin güclü və aparıcı ölkələrindən biri olub və olmağa davam edir. Fransanın bu gün dünyada bəşəri dəyərlərinin yayılma və sülhün qurulma işlərində öz mühüm töhfəsi vardır. Fransa xalqı önümüzdəki illərdə dövləti idarə etmə məsuliyyətini Sizin imkanlarınıza, dəyərlərinizə və təcrübənizə inanaraq Sizə verib.

Biz əminik ki, Sizin prezidentlik dövrünüzdə Ermənistan və Fransa arasında ikitərəfli əlaqələri xalqlarımızın dostluğu və Fransada yaşayan erməni icmasının ölkənin sosial, siyasi və mədəni həyatına aktiv cəlbinə əsaslanaraq daha da gücləndiriləcəklər”.

Daha çox göstər
Back to top button