
May 9-da Gyumridəki “Mayr Hayastan ” ( Ana Ermənistan) xatirə kompleksində rayon və şəhər hakimiyyətlərinin nümayəndələri Böyük Vətən müharibəsi qurbanlarının xatirəsini ehtiramla yad edərək, sönməz məşəl yanında əklil qoyub.
Tədbirdə müharibə veteranları da iştirak edib.
Bayram tədbirində Şirak rayonunun rəhbəri Hovsep Simonyan hamını təbrik edərək qeyd edib: “Bizim üçün Qələbə bayramının ikiqat mənası vardır, çünki biz yalnız faşizmə qarşı Böyük qələbə gününü deyil, başqa bir şərəfli qələbəni, Şuşinin azad edilməsi 25-ci il dönümünü də qeyd edirik. Ataların layiqli övladları bu gün də qəharamanca mübarizə edərək, həyatları bahasıyla vətənimizi müdafiə etməkdə davam edir. Biz Artsax Mütəqillik Müharibəsində və bundan sonra həyatlarını itirmiş qəhramanlarımızın önündə baş əyirik”.
Gyumri icra başçısı Samvel Balasanyan da iştirakçıları alqışlayaraq təbrik edib.
Təbrik çıxışından sonra Ermənistan silahlı qüvvələri, ER Müdafiə Nazirliyi, Şirak qarnizonu və Gyumridəki 102-ci hərbi baza, sərhəd müdafiə bölmələrinin birgə paradı baş tutdu.