BaşlıcaSiyasət

Hoqland: “Moskva Dağlıq Qarabağda müharibə istəmir”

Rusiya və ABŞ arasındakı problemlərə baxmayaraq, iki ölkə Qarabağ münaqişəsinin həll edilməsi üçün aktiv əməkdaşlıq edir.

Bu haqda Amerkianın səsi Ermənistan və Azərbaycan xidmətlərinə müsahibəsində ATƏT Minsk Qrubunun müvəqqəti həmsədri, səfir Riçard Hoqland deyib.

“Əlbəttə bizim milli çıxarlarımız Rusiyanın milli çıxarlarından fərqlidir, çünki münasibətlərin fərqli tariximiz, fərqli mövqelərimiz vardır. Amma bu demək deyildir ki, bu məsələ çərçivəsində birgə çalışa bilməyəcəyik”,- deyərək o bəyan edib.

Səfirin sözlərinə görə, Moskva, eyni zamanda Vaşington və Paris, Cənubi Qavfqazda sülhün təmin edilməsini istəyir: “Mənim üçün aydındır ki, Moskva müharibə istəmir, Moskva Dağlıq Qarabağ və Azərbaycan arasında müharibə istəmir. Bu bütün region üçün təhdit yaradacaq və Rusiyanın çıxarlarına mənfi təsir göstərəcək”.

Hoqlandın sözlərinə görə, bütün üç ölkə, o cümlədən Rusiya və Amerika, həmişə, Qarabağ münaqişəsinin sülh yoluyla həll edilməsi üçün aktiv əməkdaşlıq edib. “ Bu çox əhəmiyyətli bir istiqamətdir, və burada, demək olar ki, Vaşington və Moskva arasındakı  münasiblərin  hər hansı  mənfi təsiri yokdur”.

Səfirin sözlərinə görə, bu anda vasitəçilər tərəflər arasında danışıqalrın yenidən başlanması istiqamətində səy göstərir: “ İki tərəfi danışıqlar masasına gətirəcək etimad şəraitlərin yaradılması fəaliyyətimizin məqsədidir”

Daha çox göstər
Back to top button