Ekonomika

ER ərazisindən multimodal daşımalara qarşı İranın marağı artır

Tehranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatası ilə əldə edilmiş razılaşmalara görə, mayın 3-4-dək ER Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin administrasiyasının  Dəmir Yolu İdarəsinin rəisi Aresn Musoyan və Cənubi Qafqaz Dəmir Yolu şirkətinin direktoru Sergey Valko İrana gediblər.

Səfər çərçivəsində biznesmenlər, nəqliyyat şirkətləri və 46 nazirliklərin nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə ER-nın İrandakı fövqəladə və səlahiyyətli səfiri Artaşes Tumanyan da iştirak edib. Müzakirələrdə “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti Ermənistan ərazisindən, o cümlədən dəmir yolu infrastrukturunun istifadəsi ilə İrandan Avropa ölkələrinə və əks istiqamətdə multimodal yük daşımalarına dair layihəsini təqdim edib.

Daşımaların bu dəhlizini istismara vermə istiqamətində edilən işlər davamlıdır, çünki nazirliyin prioritetlərindən biri  Ermənistan ərazisindən beynəlxalq yük daşımalarının həcmini artdırmaqdır. Almaniya və Gürcüstan dəmir yollarının dəstəyi ilə ilk daşıması Duysburq-Tehran dəmir yolu ilə artıq həyata keçirilib.

Görüçdə iştirak edən 120 biznesmen və nəqliyyat şirkətlərinin rəhbərləri təqdim olunmuş alternativ layihəyə böyük maraq göstəriblər.

Daha çox göstər
Back to top button