BaşlıcaSiyasət

Ermənistan RF ilə Suriyaya dəstək verməyə davam edəcək

Bu gün Suriya xalqının yardım ehtiyacı var. Biz Rusiya ilə düşünmədən səylərimizi birləşdirmə qərarına gəldik. Bu haqda Mir televiziyasına müsahibədə ER Müdafiə naziri Vigen Sarkisyan bildirib.

“Əməkdaşlığı genişləndirmək məqsədilə biz rus həmkarlarımızla danışıqlara başladıq və humanitar minatəmizləmə və digər bir sıra istiqamətlərdə əməkdaşlıq imkanlarımız var. Suriya xalqına Ermənistanın, Erməni Silahlı Qüvvələrinin dəstəyi lazımdır”,-deyə Vigen Sarkisyan qeyd edib.

Nazir deyib ki, artıq bu ay RF Silahlı Qüvvələrinin yardımı ilə Ermənistan ikinci dəfədir ki, Suriyaya humanitar yardımı göndərir.

Daha çox göstər
Back to top button