Ekonomika

Hökumət 2017-ci ildə Ermənistana səfər edən turistlərin sayını 2 dəfə artırmaq niyətindədir

ER hökuməti 2017-ci ildə ölkəmizə səfər edən turistlərin sayını iki dəfə artırmaq niyətindədir.

Turizm dövlət komitəsinin sədri Zarmine Zeytuntsyan hökumət iclasından sonra jurnalistlər ilə müsahibəsində bu haqda qeyd edərək əlavə edib ki, bu ilin birinci üç ayında Ermənistana səfər edən turistlərin sayı 18.23 faizlə artıb.

“Bu ilin sonuna qədər turistlərin sayını iki dəfə artırmaq niyətindəyək. Bununla bağlı xüsusilə qonşu ölkələrdə Rusiyada, İranda böyük çalışmalar aparılır. Məncə apreldə də böyük artım olacaq və bu 2015-ci illə müqayisə etməliyik, çünki keçən ildə Dört günlük müharibəsi səbəbilə turizm sahəsində geriləmə qeyd edilib” , -deyərək Zeytuntsyan qeyd edib.

Onun sözlərinə görə bu il ən çox İrandan, Rusiyadan, Fransadan, Çindan turistlər gəlib. Yalnız mart ayında İrandan gəlmiş turistlərin sayı 23 faizlə artıb.

2016-cı ildə Ermənistanı 250 min turist ziyarət edib.

 

Daha çox göstər
Back to top button