Siyasət

ABŞ Milli Kəşfiyyat Agentliyi: “Bu il Qarabağda tammiqyaslı müharibə gözlənilir”

Tərəflərin kompromislərə getmək niyyətinin olmaması və ölkələr daxilində artan təzyiqlər bu il Azərbaycanla Ermənistan arasında Qarabağda tammiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Bu haqda ABŞ Milli Kəşfiyyat Agentliyinin dünyadakı risklər barədə  hesabatında qeyd edilir. Hesabatı  Senata kəşfiyat məsələlər üzrə Milli Kəşfiyyat Agentliyinin direktoru  Danel Koust təqdim  edıb.

Ermənistanla Azərbaycan arasında  Dağlıq Qarabağ regionuna görə gərginlik 2016-cı ilin aprelində alovlanıb. Və hər iki tərəfin kompromislərə getmək niyətinin olmaması, daxili təzyiqlərin artması nəticəsində 2017-ci ildə tammiqyaslı hərbi əməliyyatların başlanması imkanları qalır.

Elə görünür ki, Azərbaycanda   iqtisadi problemləri rejimi alovlandıracaq, hakimiyəti qorumaq üçün isə müxalifət üzərindəki təzyiqi artacaq, lakin buna qarşılıq Azərbaycan İran, Rusiya və Qərb ilə münasibətləri yaxşılaşdırmağa çalışır”- deyə hasebatda qeyd edilir.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button