
Mayın 11-dən 12-ə keçən gecədə Artsax və Azərbaycanın münaqişəli qoşunlarının təmas xəttində rəqib müxtəlif çaplı atıcı silah növlərindən atəşkəsin qorunması rejimini 90 dəfəyəcən pozaraq erməni dayaq mövqeləri istiqamətində 1750 atəş açıb.
Bu haqda Artsax Respublikasının Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.
Atıcı silah növlərindən başqa Azərbaycanın silahlı qüvvələri təmas xəttinin Cənub və Şimal bölgülərində həmçinin 60 və 82 mm-lik qumbaraatanlardan (22 mərmi) və iriçaplı tank əleyhinə və avtomat qumbaraatanlardan (12 mərmi) istifadə edib.
MO ön dayaq bölmələri cavab əməliyyatlarına əl atmış və döyüş mövqelərinin inamlı müdafiəsini davam etdirmişlər.