Ekonomika

AYİB: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda iqtisadi artım üçün risk mənbəyidir

Avropa Yenidənqurma və İnkişaf Bankı 2017-ci ildə Azərbaycanda 0,5% səviyyəsində resessiya proqnozlaşdırır. Bu barədə bankın regional iqtisadiyyata haqqında may icmalında qeyd edilir (Regional Economic Prospects).

Ötən ilin noyabr ayında AYİB 2017-ci ildə Azərbaycanda ÜDM-in artımını 1% səviyyəsində proqnozlaşdırıb.

“Cari ilin birinci rübündə Azərbaycanda resessiya 0,9% təşkil edib. Bununla belə, qeyri-neft sektorunda 2,4% səviyyəsində artım olub”, – deyə bankdan qeyd olunub.

AYİB-in qiymətləndirmələrinə görə, 2018-ci ildə Azərbaycanda ÜDM-in artımı 2,8% təşkil edəcək.

“Ötən il durğunluqdan sonra, Şərqi Avropa və Qafqazda bütövlükdə 2017-ci ildə artımın müsbət olacağı gözlənilir. Lakin, proqnozlara əsasən, həm Azərbaycan, həm Belarus resessiya vəziyyətində qalacaq. 2018-ci ildə regionda tədricən bərpa olunma planlaşdırılır”, – deyə bank bildirir.

AYİB vurğulayır ki, birinci rübdə Azərbaycanın milli valyutası bir barel neftin qiymətinin $50-55 səviyyəsində stabilləşməsi fonunda möhkəmlənib.

“Bu dövrdə Azərbaycanda iflyasiya illik hesabalamada 13,2%-dək artıb”, – deyə bankdan qeyd olunub.

Bankın analitiklərinin qiymətləndirmələrinə əsasən, 2017-ci ildə bank kreditləşməsi bu sektorda birləşmə, sərt monetar siyasət, manat likvidliyi ilə bağlı çətinliklər fonunda aşağı səviyyədə qalacaq.

Bununla belə, bildirilir ki, Azərbaycan kifayət qədər valyuta ehtiyatlarına malikdir. 2016-cı ilin sonuna onların həcmi $37,1 səviyyəsində qiymətləndirilir və təxminən ötən il ərzində nominal ÜDM-ə uyğundur.

AYİB həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda iqtisadi artım üçün risk mənbəyidir.

Daha çox göstər
Back to top button