Ekonomika

Dünya Bankı cari ildə Ermənistan iqtisadiyyatı üçün 2.7% artım proqnozlaşdırır

Dünya Bankı 2017-ci ildə Ermənistan iqtisadiyyatı üçün 2.7 faiz iqtisadi artım proqnozlaşdırır. Bu haqda Dünya Bankının mayda yayılmış “Trade in Transition”  hesabatında deyilir.

Dünya Bankının hesabatına görə, 2015-ci ildə 3 faiz iqtisadi artımdan sonra 2016-cı ildə artım 0.2% düşmüşdü. Bunun səbəbi, dünyada metal qiymətlərinin azalması idi, Ermənistanın ixracatında isə, metalın böyük yeri var.

“2017-ci il yanvar ayından bəri Ermənistan iqtisadiyyatı irəliləyişin bəzi əlamətləri göstərdi. İqtisadi aktivliyinin göstəriciləri isə, 6,5 faizə çatdılar”,-deyə hesabatda yazılıb. Dünya Bankı qeyd edir ki, ER büdcəsində vergi ödənişlər və dövlət xərclərinin ardıcıllığı nəticəsində müsbət artım olub. Hesabata görə, ER Mərkəzi Bankı yenidən maliyyələşdirmə faizini 6% edərərk AMD kredit siyasətini azaltdı.

Dünya Bankına görə, 2.7% artım Ermənistanın ixracat sektorunun genişləndirməsində və daxili istehlakın bərpasında əks olunur.

Daha çox göstər
Back to top button