İctimaiyyət

”İşıq məhbusları”’nın həbs müddəti uzadıldı

Vəkil: ”Qərardan şikayət verəcəyik”

Mayın 11-də Nəsimi rayon məhkəməsi Biləsuvarın qaçqın şəhərciyində elektrik enerjisinin kəsilməsinə etiraz edən 5 nəfər cəbrayıllı köçkünün həbs müddətini uzadıb.

Bu haqda Meydan TV məlümat verir.

Məlumatı vəkil Elçin Sadıqov verib:

“Onların həbs müddəti daha bir ay da uzadıldı. Qərardan şikayət verəcəyik”.

2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı köçkünlər yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirmişdilər.

Əvvəlcə aksiyada iştirak edən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanıldı. Sonra onlara hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə, iğtişaşlar törətməyə, başqasının əmlakına qəsdən ziyan vurmağa görə ittiham irəli sürüldü.

Dekabrın 24-də isə daha iki köçkünə Ülvi Quliyev və İlkin İsgəndərova eyni ittihamlar verildi.

 

Daha çox göstər
Back to top button