Artsaxın KVN komandası liqanın yekun finalında iştirak etmək üçün Moskvaya gedib

Artsaxın “Dağlarda toy” KVN komandası Moskvada və Moskvayanı mərkəzi liqanın finalında iştirak etmək üçün bu gün Rusiya Federasiyasının paytaxtına gedib.
“Artsaxpress”in ilə söhbətində komanda rəhbəri Qeorqi Avetisyan qeyd edib ki, oğlanlar olduqca ciddi ruhlanmışlar və növbəti mərhələni qazanmaq naminə var qüvvələrini sərf edəcəklər.
“Ümidvaram ki, hər şey ürəyimizcə olacaq və mayın 17-də hamımızın birlikdə sevinmək üçün fürsəti olacaq”-deyərək Artsaxın KVN komandasının rəhbəri bəyan edib.
Qeyd edək ki, yekun oyunu Moskva şəhərində “Планета КВН” zalında , mayın 17-də Moskva vaxtıyla saat 19:00-da keçiriləcəkdir.
Xatırladaq ki,Moskva və Moskvayanı mərkəzi liqanın müsabiqəsində və 1/8 finalında “Dağlarda toy” komandası ən yaxşı komanda olaraq tanınılmış və liqanın baş sponsurları tərəfindən mükafatlandırılmışdır.