Təhlil

“Azadlıqlarımızın boğulması prosesi İlham Əliyev dönəmindən başlayıb”

Azərbaycan izləyiciləri artıq “azadliq.org”, “azadliq.info”, “Meydan TV”, “Turan TV” və “Azərbaycan saatı” televiziya proqramının saytlarına daxil ola bilməyəcəklər. Mayın 12-də Səbail Rayon Məhkəməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin verdiyi iddia ərizəsi əsasında bu qərarı çıxarıb. Hüquqşünas Səməd Rəhimli deyir ki, bu qərar Avropa İnsan Haqları Konvensiyasına ziddir.

Qərara əsasən, saytlar başqa domen adı altında fəaliyyət göstərə biləcəklər. Bağlanmış qəzetin və bloklanmış azadlıq.info saytının baş redaktoru Rövşən Hacıbəyli də düşünür ki, alternativ yol həmişə var.
“Azadlıq” qəzetinin yaradıcılarından olan Xaliq Bahadır bildirir ki, qəzetə qarşı repressiyalar Heydər Əliyev dönəmindən başlayıb.

Meydan TV-də yayınlanan ”Dini təhlükə’ və avtoritarizm bir-birinin donoru kimi” məqaləsi ilə Konstitusiyanın zorla dəyişdirilməsi, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupları təbliğ etdiyi iddia olunan Elman

Fəttah məsələni hüququ müstəviyə daşıyacağını deyir.

Daha çox göstər
Back to top button