Təhlil

Xədicə İsmayıl: Azərbaycandakı vəziyyəti ən yaxşı təsvir edən söz qorxudur

Azərbaycanlı jurnalist Xədicə İsmayılın Azərbaycan prezidenti İlham Əliyevin, ailəsinin və ölkənin digər yüksək vəzifəli rəsmilərinin  korrupsiya əlaqələrinə dair araşdırmalarından sonra jurnalsitə qarşı elə ittihamlar irəli sürülüb ki, jurnalsit araşdırmalarına son versin. Lakin bütün bunlar onu dayandırmadı və ona qarşı cinayət təqibi başlanıb. Bu haqda «Open Caucasus Media» saytı yazır.

Xədicə İsmayıl müsahibəsində deyib ki, onun tərəfindən aparılmış bütün araşdırmalar Azərbaycan rəsmilərinin tullantıları, ölkəyə vergi ödəməmək və ya talan etdiklərini gizlətmək üçün onların açdığı ofşor şirkətləri haqqında idi. “bütün aolanlar mənim üçün sürpriz deyildi. Mən uzun zamandır ki, həbs olunmamı gözləyirdim. Məsələ sadəcə bunun necə apardıkları idi”,-deyə jurnalist qeyd edib.

Xədicə İsmayıl anlatdı ki, ABŞ-da yarım il yaşadığı və 2006-cı ildə “Amerikanın səsi”-ndə işlədiyi zaman o “əmin olub ki, yaşam asanlığına baxmayaraq, vətən pislikdə olanda məsud yaşaya bilməyəcək”. Azərbaycan həbsxanasında olan hüquq müdafiəçiləri, jurnalsitlər və aktivistlərə gəlincə Jurnalist xatırladıb ki, son vaxtda siyasi məhbuslar siyahısını təqdim edən qrup ölkədə 120 siyasi məhbusun olduğunu təsdiq edib. Siyahıda bir çox dini fəalları, jurnalistlərin və siyasətçilərin ailə üzvləri yer alıblar.

“Ölkədəki vəziyyəti ən yaxşı şəkildə təsvir edən söz qorxudur. Bütün bu insanlar öz işini, azadlığını, ailəsinin rifahını itirmə qorxusunda yaşayırlar”,-deyə jurnalist yekunləşdirib.

Daha çox göstər
Back to top button