BaşlıcaSiyasət

ER SQ nümayəndəliyi “Beynəlxalq ordu oyunları-2017” hazırlıq konfransında iştirak edəcək

ER SQ cəbhə hazırlığı idarəsi rəisinin başçılıq etdiyi iş qrupu mayın 16-da Moskvada MDB üzv dövlətlərinin Müdafiə nazirləri şurasının döyüş hazırlığı və səhra təlimlərini öyrətməyi sistemləşdirən komitəsinin iclasında iştirak edəcəkdir.

ER Müdafiə nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, iş qrupu həmçinin mayın 17-də keçiriləcək “Beynəlxalq ordu oyunları-2017” yarışlarının hazırlığını planlaşdıran konfransda və mayın 18-dən 20-nə kimi Moskvada və Tyümendə keçiriləcək tədbirlərin yerlərini araşdırılması məsələsində iştirak edəcək.

Daha çox göstər
Back to top button