Ekonomika

Vahan Martirosyan “Bir zona, bir yol” beynəlxalq konfransında iştirak edib

ER Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları naziri Vahan Martirosyan mayın 14-dən 15-dək Pekində “Bir zona, bir yol” beynəlxalq əməkdaşlıq konfransında iştirak edib. Bu haqda ER Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti məlumat verir.

Konfrans zamanı nazir Vahan Martirosyan Ermənistanın tranzit imkanlarını yaxşılaşdıra bilən və Şərqi Asiyadan  Rusiya Federasiyası və Avropanın digər ölkələri ilə əlaqə qurmağa töhfə verən infrastruktur layihələrini təqdim edib.

Şimal-Cənub yol dəhlizinin investisiya layihəsinin İpək yolunun bir hissəsi olduğunu nəzərə alaraq bir neçə məsələlər ilə yanaşı Ermənistan ərazisindən tranzit yük daşımalarının həyata keçirilmə imkanları və bunların həcminin artırma şəraitlərini müzakirə ediblər.

Konfrans çərçivəsində Vahan Martirosyan nəqliyyat sektorunun yüksək vəzifəli rəsmiləri, o cümlədən bir sıra Çin tikinti şirkətlərinin nümayəndələri ilə görüşüb.

Daha çox göstər
Back to top button