Ekonomika

Azərbaycan iqtisadiyyatı keçmiş ildə başlanmış böhranı aradan qaldıra bilmir

Azərbaycan iqtisadiyyatı keçmiş ildə manatın düşməsi , neft hasilatının həcmlərinin azaldılması və beynəlxalq bazarında neft tələbinin azaldılması nəticəsində başlanmış iqtisadi böhranı aradan qaldıra bilmir.

Bu haqda Azadliq.org məlümatlandırır.

Dövlət Statistika Komitəsinin məlumatında belə yazılır.

2017-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 5 milyard 90.9 milyon ABŞ dolları təşkil edib. Bunun 3 milyard 578.1 milyon dolları ixracın, 1 milyard 512,8 milyon dollar isə idxalın payına düşür.

Xəbərə görə, nəticədə 2 milyard 65.3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

DSK bildirir ki, 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10.6 faiz artıb. Real ifadədə isə 16.4 faiz, o cümlədən ixrac 9.2 faiz, idxal 27.3 faiz azalıb.

 

Daha çox göstər
Back to top button