Belçikanın iş adamları Ermənistanda şokolad istehsalı yaradmaq niyyətindədirlər

Belçika iş adamları Ermənistanda yüksək texnologiyalı sahəsində, o cümlədən qənnadı məmulatları və şokolad istəhsalının yaradılması istiqamətində ivestisiya qoymaqda maraqlıdırlar. “Armenpress”-in verdiyi məlumatlarına görə, mayın 17-də jurnalistlərə müsahibədə bu haqda ER İqtisadi İnkişaf və İnvestisiya nazirinin müavini Hovhannes Azizyan Belçikadan gəlmiş nümayəndə heyəti ilə aparılmış müzakirələrin nəticələrini təqdim edərkən bildirib.
Onun deməsinə görə, Belçika nümayəndə heyəti ilə Ermənistan mallarının ixracat imkanlarını da müzakirə ediblər.
“Belçika ilə ticarət dövriyyəsinin həcmi böyük deyil, lakin düşünürəm ki, Belçika kapitalı Ermənistanda investisiya qoymaqda maraqlanmalıdır. Nazirlik onlara Ermənistanın investisiya sahəsini təqdim edib. Belçika nümayəndələri də onlar üçün maraqlı olan sahələri qeyd ediblər”,-deyə Azizyan bildirib. Belçika iş adamları yüksək texnologiyaları, qənnadı məmulatları və şokolad istəhsalında investisiya qoya bilərlər.