İctimaiyyət

Fransa hökuməti Azərbaycana insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırıb

Fransa Azərbaycan hakimiyyətinin bir neçə xəbər saytını bağlamaq qərarından narahat olub.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi mayın 15-də açıqlama yayıb.

Fransa Azərbaycan hakimiyyətini azad şəkildə qəbul etdiyi beynəlxalq öhdəliklərinə əməl etməyə, informasiya və mətbuat azadlığına tam sayqı göstərməyə çağırır.

«Bu azadlıqlar vətəndaş cəmiyyətinin inkişafı və demokratik təsisatların möhkəmləndirilməsinin təməlidir. Fransa Azərbaycanda medianın durumunu yaxından izləyəcək», – bəyanatda deyilir.

Daha çox göstər
Back to top button