Siyasət

Vağarşak Harutyunyan: “Ermənistanı heç bir dövlət torpaqları qaytarmağı zorlaya bilmir”

ER müdafiə nazirinin keçmiş müavini Vağarşak Harutyunyan bu gün mətbuat konfransında ER birinci prezidenti Levon Ter-Petrosyanın sülh planına toxunaraq, sual verib ki, Azərbaycan heç bir güzəştə  hazır deyil, bu halda Ermənistan necə bunu təklif edə bilir.

O dekabrda Azərbaycan Prezidenti Əliyevin çıxışı haqqında xatırladıb. Əliyev çıxışında qeyd edib ki,Artsax Azərbaycanındır, Yerevan, Meğri, Goris də Azərbaycan torpaqlarıdır.

“Erməni tərəfi həmişə status yerinə torpaqlar verməyə hazırdır, amma hər şey üçün ilkin şart olmalıdır”,- deyə o qeyd edib ki, 23 il öncə də Azərbaycan atəşkəs müqaviləsinə zorla gedib.

“ Mən bəyan edirim ki, Azərbaycan bu gün hər hansı güzəştə getməyəcək və yaxın zamanlarda Azərbaycanın sərt mövqesi səbəbilə Qarabağ məsələsi həll edilməyəcək”,- deyərək o qeyd edib ki, heç bir münaqişə də hızla həll edilmir.

Vağarşak Harutyunana görə, ümumiyyətlə bütün münaqişələr üç yolla həll edilir. O qeyd edib ki, birinci varyant tərəflər arasına razılığın əldə edilməsidir. İkincisi tərəflərdən birinin qələbəsi ilə olur, üçüncüsü varyanta görə isə beynəlxalq cəmiyyət ya da başqa dövlətlər çözüm qəbul etdirir.

“ Bu gün bu durumda heç bir varyant istifadə edilə bilmir. Biz problemimizi hərbi-siyasi yoluyla çözmüşük, başqa niyətimiz yoxdur”, -deyərək o qeyd edib ki, Azərbaycan ümidi özünə qoymur, böyük dövlətlərə qoyur. Buna baxmayaraq keçmiş nazir vurğulayıb ki, Ermənistanı heç bir dövlət torpaqları qaytarmağı zorlaya bilmir.

Daha çox göstər
Back to top button