Təhlil

Artsax Prezidentinin mətbuat katibi: Keçmişə, o cümlədən keçmiş sərhədlərə geri dönmək ola bilməz

Artsax Prezidentinin mətbuat katibi Davit Babayan “Lragir.am”-ə müsahibədə son günlərdə Azərbaycan SQ-nın aktivliyinə və rəsmi Bakının bəyanatlarına toxunub.

Artsax MN tərəfindən cavab tədbirləri əks edən videonun yayılmasına dair sualına Davit Babayan cavab verib ki, “Azərbaycan təxribat hərəkətlərə başlayıb və cavabını alıb. Biz heç bir zaman atəşkəs rejimini pozmuruq, əksinə həmişə də münaqişənin sülh yolu ilə həll olunmasını çağırırıq. Bu demək olmur ki, biz müdafiəmizi təmin edə bilmirik. Lakin Azərbaycan həmişə də macəralar törədir. Bu Azərbaycan hakimiyyətinin xüsusiyyətidir”.

Moskvada Xİ nazirlərinin üçtərəfli görüşdən sonra Azərbaycan Xİ naziri bəyan edib ki, münaqişənin həlli “ərazilər qarşılığında sülh” prinsipilə mümkündür. D.Babayan bu bəyanatı belə qiymətləndirib: “Ərazilər qarşılığında sülh” nə deməkdir? Bu kateqoriyalar bir-birinə bərabərmi? Mən bunları məntiqi olan adam kimi soruğuram. Deyək biz nəzəri olaraq razıyıq və sabah onlar öz sözünü saxlamırlar. Artsax 1988-91-ci illər kimi anklav olar. Yeri gəlmişkən, o zamankı sərhədlər səmərəli deyildi və bunu müharibə də göstərib. O sərhədlər rəqib üçün cəlbedicidir. Onlar beləcə Artsaxı mühasirəyə alaraq məhv edə biləcəklər,çünki blokadadaykən uzun müqavimət mümkün olmur. Yəni, biz təhlükəsizlik sistemimizdən, sərhədlərimizdən imtina edirik və Azərbaycan sabah sözünü saxlamır. Artsax müharibəsi zamanı bir çox razılaşmaları və atəşkəsi pozduğu kimi bu sözünü də saxlamayacaq.

Sülh sadəcə sülh qarşılığında olar. Sərhəd məsələlərini aydınlatmaq istəyirlərsə, gəlsinlər. Şahumyan rayonunun məsələsi var, Qetaşen, Martunaşen, Şimal Artsax var və əgər müzakirə etmək istəyirlərsə, əhatəli bir şəkildə müzakirə olunmalıdır, lakin “ərazilər qarşılığında sülh” və ya ərazilər qarşılığında boru kəmərinin açılması deyirlər və bu ciddi deyil. Bu ambisiyaların bir problemi deyil, bu təhlükəsizlik problemidir, hansı ki dövlətimizin və xalqımızın gələcəyidir”,-deyə Artsax Prezidentinin mətbuat katibi vurğulayıb.

Daha çox göstər
Back to top button