Beynəlxalq

Avropa Parlamentinin nümayəndə heyəti Yerevan, Bakı və Tbilisiyə səfər edəcək

Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri David MakAllisterin (EPP, DE) rəhbərliyi altında nümayəndə heyəti mayın 22-25-də Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məılumata görə, səfər zamanı nümayəndə heyəti Prezident, spikerlər, iqtidar, eləcə də müxalifət partiyalarından olan parlament üzvləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək.

Avropa Parlamentinin 8 üzvü Aİ ilə Ermənistan arasında yeni sazişə dair əldə edilmiş razılığı  məsələsi nəzərdən keçirəcək.

Daha çox göstər
Back to top button