Siyasət

Belarus Azərbaycana xarab “Buk”-lar satıb

Belarus Azərbaycana 2013-cü ildə pozulmuş “Buk- M1” Zenit raket kompleksini satıb. Bu olay 2009-ci ildə başlanıb. Minskə səfər etmiş İlham Əliyevə “Buk- M1”, və “Buk- MB” zenit raket komplekslərinin müasirləşdirilməsini təklif edilib. Bu haqda “Belaruspartisan” yazır.

Komplekslər Belarus prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə müasirləşdirilib.

Zenit raket komplekslərinin Rusiyada istehsal olunmuş Radiologiya stansiyalarının “İskra” şirkətinin stansiyaları ilə əvəz edilməsi haqqında qərar verilib.

Belarus və Azərbaycan arasında imzalanmış müqavilənin icra edilməsi haqqında 2013-cü ilin yazında birinci “buk” zenit raket kompleksinin Bakıda təşkil edilmiş paradda nümayiş edilməsindən sonra bəlli oldu.Bu dönəmdə qeyri-rəsmi olaraq Azərbaycana iki bu cür kompleksin verilməsi haqqında bildirilib. Jurnala görə, həqiqətən koplkesin sayı 4 olub, amma bu haqda yalnız Ukraynada korrupsiya qalmaqalının başlanmasından sonra bəlli oldu.

Komplesklərin Radiologiya stansiyalarının işlədilməsində çox çatışmazlıq olub.  Radiologia stansiyaları çatışmazlıqlarla istehsal olunub, buna görə də Azərbayna verilmiş “Buk-MB” zenit raket kompleksləri radiologiya staniyaları ilə bağlı problemlər səbəbilə istifadə edilə bilmədi.

Radiologiya stansiyaları olmayan zenit raket kompleksləri demək olar ki, kördür.

Daha çox göstər
Back to top button