Təhlil

Bir nəfərə düşən ÜDM-in həcmi 2015-ci ildə 3500 ABŞ dollardan 2040-cı ildə təxminən 15 min ABŞ dollara çatdırılacaq: Serj Sarkisyan

Ölkəmiz bütün ermənistanlılar üçün yaşayış və özünü nümayiş etmək üçün ən əlverişli və təhlükəsiz ölkə olmalıdır. Belə olma prosesində hər vətəndaşın iştirakı olmalıdır ki, güclü və ədalətli dövlət formallaşdırılsın. Bu haqda parlamentin iclasında ER Prezidenti Serj Sarkisyan bildirib.

“Məqsədimizə çatmaq üçün elə iqtisadi siyasət həyata keçirilməlidir ki, uzunmüddətli iqtisadi artım təmin edilsin. İqtisadi artımın orta illik tempi beynəlxalq templərdən daha yüksək olmalıdır ki, Ermənistanın və inkişaf etmiş ölkələrin bir nəfərə düşən ÜDM həcminin fərqi çox olmasın”,-deyə o bildirib.

Prezidentin sözlərinə görə, 1990-2015-ci illər ərzində Ermənistanın ÜDM 2 milyard 257 milyon ABŞ dollardan 4.7 dəfə artaraq 10 milyard 529 milyon ABŞ dollara çatıb. 2016-2040-cı illər ərzində də təxminən 5% orta illik ÜDM artımı təmin edərək 57-60 milyard dollara çatmalıyıq.

“Bir nəfərə düşən ÜDM həcmi ÜDM-in artım tempi və demoqrafik vəziyyətin planlı təkmilləşdirilməsini nəzərə alaraq 2015-ci ildə təxminən 3500 ABŞ dollardan 2040-cı ildə təxminən 15 min ABŞ dollara çatdırılmalıdır”. O qeyd edib ki, ixrac təşviqi və rəqabətin artırması nəticəsində 5 il ərzində mallar və xidmətlərin ixracatı ÜDM 40-45 faiz təşkil olmalıdır, eyni tendensi saxlayaraq 2040-cı ildə ÜDM 50-55 faiz olmalıdır.

Daha çox göstər
Back to top button