Siyasət

Vaşindtonda türklər tərəfindən erməni və kürdlərə qarşı edilən hücum cəzasız qala bilmir: Şif

Söz, mətbuat, toplaşmaq azadlığına qarşı edilən hücumlar Rəcəb Tayyib Ərdoğan tərəfindən idarə olunan Türkiyədə adi hallardır. Bu haqda amerikalı konqresmen Adam Şif öz Facebook səhifəsində mayın 16-da Türkiyənin Vaşinqtondakı səfirliyi yaxınlığında baş verən hadisə ilə bağlı yazıb.

Onun sözlərinə görə, Donald Tramb və Ərdoğan görüşündən bir saat sonra Ərdoğanın mühafizə dəstəsinin üzvləri dinc etiraz aksiyası keçirən ermənlər, kürdlər və yezidilərə hücum ediblər.

“Biz baş verən hadisənin detalları aradşıranda çekilmiş videoda Ərdoğanın cangüdənlərinin nümayişçilərə necə hücum etdikləri görünür”,-deyə Şif yazıb.

Konqresmen qeyd edib ki, bu hücum cavabsız qala bilmir və bunu törədən insanlara qarşı müvafiq tədbirlər görmək lazımdır.

“Onların şəxsiyyətini müəyyən etmək lazımdır. Bu cür hadisələr Türkiyədə adi hallardır. Biz evimizdə belə şeylərin olmamasınmdan əmin olmalıyıq”,-deyə konqresmen qeyd edib.

Daha çox göstər
Back to top button