İctimaiyyət

Vaşinqton Azərbaycanda saytların bloklanmasından narahatdır

ABŞ-ın Helsinki Komissiyasının rəhbəri Roger Wicker Azərbaycanda bir neçə müstəqil saytın bloklanmasından narahatlığını bildirib.

«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, məhkəmənin bu yaxınlardakı qərarını şərh edərkən senator deyib:

«Bu, ciddi narahatlıq doğurur və biz bu barədə ən yüksək səviyyədə hakimiyyətlə söhbət edəcəyik».

Agentliyinin xəbərinə görə, oxşar narahatlığı Dövlət Departamentinin yüksək vəzifəli nümayəndələrindən biri də bildirib.

«Biz dost hesab etdiyimiz ölkələrdə mətbuat azadlığının vəziyyətinin daim pisləşməsindən narahatıq. Biz araşdırma jurnalistikasının və azad medianın rolunu, önəmini yaxşı baş düşürük», – deyə agentliyə adının çəkilməsini istəməyən nümayəndə vurğulayıb.

Daha çox göstər
Back to top button