İctimaiyyət

Azərbaycanda saxlanılan Marat Uledanov-Qalustyan Rusiyaya ekstradisiya oluna bilər

Azərbaycanda saxlanılan erməni əsilli Marat Uledanov-Qalustyan RF-yə ekstradisiya oluna bilər. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 8 illik həbs cəzası verib. Bu haqda jurnalistlərə müsahibədə RF XİN mətbuat katibi Mariza Zaxarova bildirib.

Zaxarova qeyd edib ki, aprelin 28-də Uledanovun işi ilə bağlı məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 8 illik həbs cəzası verib. Marat Ueldanov (Qalustyan) keçən ilin yayında saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Zaxarovanın sözlərinə görə, məhkəmə iclasında Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi də iştirak edib.

Artıq apellyasiya şikayəti verilib. Qeyd edilir ki, aprelin 29-da Uledanov Bakının N1 istintaq təcridxanasındadır.

“Hadisələrin gələcək inkişafı onun Rusiya Federasiyasına ekstradisiya olunması imkanını da gözə alır”,-deyə Zaxarova qeyd edib.

“Rusiyanın Bakıdakı səfirliyi hem Rusiya vətəndaşı və onun vəkili, hem də Azərbaycan hakimiyyətləri ilə daimi əlaqə saxlayır və lazımi olan bütün vasitələrlə onun hüquqlarının hər tərəfdən müdafiə edilməsini təmin edir”,-deyə o əlavə edib.

Daha çox göstər
Back to top button