İctimaiyyət
Azərbaycanda üç ayda 9 mindən artıq iş yeri bağlanıb

Azərbaycanda bu ilin birinci rübü ərzində 9,1 min iş yerinin bağlandığı qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.
Bağlanmış iş yerlərinin 81%-i qeyri-dövlət sektorunun payına düşür. İşini itirən hər 100 nəfərdən 63-ü isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərdir.