Siyasət

Bizim şübhəli məsləhətlərə ehtiyacımız yoxdur: Zaxarovadan Azərbaycan XİN-ə sərt cavab

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Rusiyada işləyən “Ümumrusiya Azərbaycan Konqresi” QHT-nın ləğvi ilə əlaqədar Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatına sərt bir şəkildə cavab verib.

Jurnalistlər ilə görüşdə Zaxarova qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatı  təəccüb doğurur.

“Azərbaycanın XİN nümayəndəsinin Rusiyanın daxili siyasətinə dair bəyanatına diqqət ayrıldıq. Bəyanatda “millətlərarası münasibətlərin balansı, islahatlar  konsepsiyası və mədəniyyətlərarası dialoqun perspektivləri” ilə bağlı ifadələr var idi. Düşünürük ki, bu cür ifadələr yersizdir. QHT ilə bağlı rus məhkəməsinin qərarının Azərbaycana qarşı “qeyri-dost addım” kimi qiymətləndirməsi çox qəribədir”,-deyə Zaxarova vurğulayıb.

O, təəssüflə qeyd edib ki, Azərbaycan Xarici işlər Nazirliyi bir neçə KİV-lərdə yayılmış “erməni izi” ilə bağlı variantı təkrarlanıb.

“Bizim bu məsələdə və öz ölkəmizdə millətlərarası münasibətlərin qurulması haqda şübhəli məsləhətlərə ehtiyacımız yoxdur”,-deyə Zaxarova qeyd edib.

Daha çox göstər
Back to top button