Edvard Nalbandyan:“Bakı üçtərəfli atəşkəs sazişləri kobud şəkildə pozmaqda davam edir”

Azərbaycan sülh prsoesinə yönəlmiş razılaşmaları yerinə yetirməkdən imtina edir. Bu razılaşmaların əhəmiyyəti bir çox görüş zamanı qeyd edilib.
Bu haqda Avropa Nazirlər Komitəsinin 127-ci iclasında Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyan bildirib.
Xarici işlər naziri xatırlatdı ki, Azərbaycanın aprel təcavüzündən sonra iki zirvə keçirilib, zirvələrdə sülh prosesinin təşviqi üçün əlverişli şəraitlərin yaradılması ilə bağlı razılaşmalar əldə olunub.
“Bu razılaşmaların əhəmiyyətinə baxmayaraq, Bakı əldə olunmuş razılaşmaları yerinə yetirməməkdə davam edir. Bunun əhəmiyəti bir çox görüşlərdə, o cümlədən aprelin 28-də Rusiya, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin iştirakı ilə keçirdiyi görüş zamanı qeyd edilib.
Bundan başqa atəşkəs rejiminin qorunması ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin və beynəlxalq ictimaiyyətin israrlı çağırışlarına əksinə, Azərbaycan üçtərəfli atəşkəs razılaşmaları kopud şəkildə pozmaqda davam edir”- deyə Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyan qeyd etdi.