İctimaiyyət

‘Yunusların təqibinə son qoyulsun’ – Bəyanat

«Bakı Apellyasiya Məhkəməsinin qərarı Leyla və Arif Yunusun həyat və sağlamlığına ciddi risk yardır».

Hollandiyada yerləşən Hüquq Müdafiəçilərinin Hüquqlarının Müdafiəsi Rəsədxanası və onun tərəfdaşı – İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının Yunusların məhkəməyə məcburi gətirilməsi barədə qərar ilə bağlı bəyanatında belə deyilir.

Bəyanatda vurğulanır ki, Yunusların Azərbaycana qayıtdıqdan sonra yenidən həbs ediləcəyini düşünməyə əsaslar var.

Hər iki qurum Hollandiya hökumətini bu ölkədə olan Leyla və Arif Yunusun Bakıya məcburi gətirilməsi haqqında qərarla bağlı rəsmi Bakıya təsir göstərməyə səsləyib.

«İlk həbsdən sonra onların hər ikisinin sağlamlığına ciddi şəkildə ziyan dəyib və hazırda onlar Hollandiyada tibbi müalicə alırlar», – bəyanatda bildirilir.

Bəyanat müəllifləri Yunusların təqibinə son qoyulmasını istəyirlər. Onlar həmçinin, Hollandiya hökumətini Azərbaycan prezidentinin adına Yunusların təqibinə son qoymaq istəyi ilə bağlı məktub göndərilməsinə səsləyiblər.

Daha çox göstər
Back to top button