İctimaiyyət

Azərbaycanda video və səsli danışıq imkanları məhdudlaşdırılır

Azərbaycanda sakinlər may ayından başlayaraq, pulsuz zəng imkanı verən mobil vasitələrin işləməməsi və internetin sürətində ciddi zəifləmə ilə üzləşiblər.

Konkret olaraq Whatsapp, Facebook Messencer, Viber, Skype və Facetime kimi pulsuz, məşhur video və səsli danışıq imkanı verən alətlərdən istifadə məhdudlaşdırılıb. Bəzən isə sosial şəbəkələrə giriş texniki cəhətdən mümkün olmayıb.

Sosial mediada insanlar günlərdir davam edən xaricə zəng etmək və xarici ölkələrdən zəng qəbul etmək problemindən şikayət etsələr də, səbəbləri barədə müxtəlif fikirlər mövcuddur.

Məsələ ilə bağlı, BBC Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən şərh ala bilməyib.

Rəsmi açıqlamadan xəbərsiz qalan İnformasiya Texnologiyaları (İT) ekspertləri də yalnız təxminlərini irəli sürürlər.

“Təxminlərə görə, hazırda IV islam Həmrəyliyi Olimpiya Oyunları ilə əlaqədar ölkədə xaricdən gələn turistlərin sayı artıq olduğuna görə xariclə keçirilə biləcək səsli və görüntülü danışıqların yaratdığı həddindən artıq trafikin artmasının qarşısını almaq, həm də mobil operatorların gəlirlərinin qarşısını almamaq üçün bu addımı atmış ola bilərlər”, – deyə İT ekspert Vahid Qasımov iddia edib.

“Əziz dostlar, bu videozəng və səsli zənglərin blok olunması Baku2017 ilə əlaqədardır. İslamiadanız bitəndən sonra Skype, Messenger, Telegram, Whatsapp, Facetime və s. rahat işləyəcək”- deyə Facebook istifadəçisi Farhad Alakbarov güman edib.

“Ölkə, ölkə deyil ki. Skype və whatsapp ilə xariclə əlaqə qurmağa qadağa qoyulub. Səncanı keçib, ölkəni də bağla bilək işimizi”- deyə Məhərrəm Rza adlı istifadəçi paylaşıb.

Daha çox göstər
Back to top button