Beynəlxalq

Azərbaycan ABŞ-Səudiyyə Ərəbistan “ittifaqı”-nın İranı təcridetmə kampaniyasına qatılıb

ABŞ Prezidenti Donald Tramb Səudiyyə Ərəbistana etdiyi səfər çərçivəsində mayın 21-də “Ərəb-Amerika-İslam” konfransında bildirib ki, İran Yəməndə, İrakda, Livanda və Suriyada qeyri-sabitlik yaradan döyüşçülərə silah verir. Donald Tramb beynəlxalq ictimaiyyəti İranı təcrid etməyə çağırıb.

ABŞ Prezidentinin bəyanatına öz “Twitter” səhifəsindən İranın xarici işlər naziri Mohammad Javad Zarif da reaksiya verib.

«Real seçkidən çıxmış İran @POTUS-un hücumuna məruz qalır, amma demokratiya və mötədillik qalasıdır. Xarici siyasət, yoxsa KSA-dan 480 milyard dollar sağmaq?».

POTUS Birləşmiş Ştatların Prezidenti deməkdir, KSA isə Səudiyyə Ərəbistanı Krallığının ingiliscə baş hərfləridir.

Maraqlıdır ki, İranın yeni seçilmiş Prezidentini təbrik etməkdən sonra Azərbaycan prezidenti İlham Əliyev həmən Səudiyyə Ərəbistanda təşkil edilmiş “Birgə biz güclüyük” adlı konfransına qatılıb.

Azərbaycan rəsmi medialar İlham Əliyevin Səudiyyə Ərəbistana edilmiş səfərə dair çox şey yazmadılar, lakin KİV-lər Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanda təşkil edilmiş konfransa iştirak etdiyini İslam müqavimətə qarşı göstərilən tədbirlərin üzvü kimi qiymətləndirirlər.

Daha çox göstər
Back to top button