Mədəniyyət

Şarl Aznavur 93 yaşına gəlib

Mayın 22-də məşhur müğənni Şarl Aznavur 93 yaşına gəldi. Müğənninin ad günü Yerevanda da qeyd olunacaq.

Aznavur 1927-ci ildə Parisdə erməni köçkünləri Mişa və Knar Aznavurların ailəsində anadan olmuşdur. Müsahibələrdə o bir çox dəfə erməni olduğunu bildirmişdir. “1915-ci ildə törədilmiş Erməni Soyqırımından sonra ermənilər öz evlərini tərk etmək məcburiyyətində qaldılar. Onlara dünyanın müxtəlid ölkələrində sığınacaq verildi. Biz dayanmadan işlədik və bizə ev verən cəmiyyətin bir parçası olduq, çünki çox istedadlı millətik”,-deyə müsahibələrdən birində Aznavur bildirmişdi.

Əfsanəvi artist Şarl Aznavur 93 yaşında da öz çoşğusunu itrməyib. O hər gün yeni mahnılar yazır və uzunömürlülük sirrini saxlamır: “Sirrim entuziyazm və işdir”,-deyə o qeyd edib. Məşhur erməni müğənninin artıq 1400-dən artıq mahnısı var və bu gün də karyeradan getmək niyyətində deyildir.

Daha çox göstər
Back to top button