BaşlıcaSiyasət

Tarasov Minsk qrubunun həmsədrlərinin rəsmi olaraq Azərbaycanı təcavüzkar olaraq tanıyacağını mümkün sayır

ATƏT Minsk qrubunun həmsədrlərinin adresli bəyanatı Azərbaycana xəbərdarlıq olub.

Bu haqda Yaxın Şərq və Qavqaz ölkələri məsələləri üzrə rus eksperti Stanislav Tarasov Minsk qrubunun həmsədrlərinin mayın 18-dəki bəyanatı haqqında danışaraq deyib. Bu bəyanatda qeyd edilir ki, müxtəlif inamlı mənbələrindən alınmış məlümata görə, mayın 15-də Azərbaycan silahlı qüvvələri, təmas xəttində raket ataraq, erməni tərəfinə aid olan hərbi texnikaya vurub.

“Azərbaycan danışıqlar prosesinin indiki etapı məqsədli şəkildə pozub, yəni bəzi şərtlər onun üçün əlverişli deyildir, Azərbaycan bilərəkdən  döyüşə gedir və bəlli deyildir ki, onlar bunundan nə gözləyir”,- deyərək ekspert vurğulayıb.

Stanislav Tarasovun sözlərinə görə, daha bir müharibə olsa, mümkündür ki, Minsk qrubu Azərbaycanı rəsmi olaraq  təcavüzkar olaraq tanıyacaq.

“Minsk qrubunun həmsədrləri Azərbaycan barədə çox sərtliklə çıxış edib, bu deməkdir ki,  Azərbaycanın  təcavüz etməsini  gözləmək lazımdır. Minsk qrubu tərəfindən Azərbaycanın təcavüzkar olaraq tanınmasından sonra  çox güman ki, beynəlxalq cəmiyyət və bir neçə dövlət Dağlıq Qarabağ müstəqiliyini  tanıyacaq”-deyərək o qeyd edib.

Daha çox göstər
Back to top button