Los-Ancelesin Ticarət Palatası amerikalı rəsimlərin narahatlığından sonra Türkiyənin biznes forumunu ləğv etdi

Los-Ancelesin Ticarət Palatası bazar ertəsi günü mayın 25-də Los-Ancelesdə keçiriləcək Los-Anceles-Türkiyə biznes forumunun ləğv edilməsi ilə bağlı bəyanat yaydı.
Türkiyənin ən görkəmli 12 şirkətlərinin sədrləri və idarə heyəti üzvlərinin iştirakı ilə dəyirmi masa görüşü Los-Anceles və Türkiyə arasında biznes əlaqələrin inkişafını dətəkləyəcəkdi. Bu haqda asbarez.com yazır.
Vaşingtonda keçən həftə Türkiyənin prezidenti Ərdoğanın təhlükəsizlik əməkdaşları tərəfindən dinc nümayişçilərə hücumlardan sonra, Los-Ancelesin Şəhər Şurasının üzvü Pol Gregoryanın narahatlığı nəticəsində biznes forum ləğv edilib. Hücum həm respublikaçılar, həm də demokratlar pisləyiblər, senator Con Makkeyn isə Dövlət Departmentinə Türkiyə səfirinin ABŞ-dən atılmağa çağırıb.
Şəhər Şurasının üzvü Pol Gregoryan Los-Aceles Ticarət Palatasının qərarını alqışlayıb.
“Mən Los-Ancelesin Ticarət Palatasına müraciətimə cavab verməsi və biznes-forumun ləğv edilməsi üçün təşəkkür edirəm. ABŞ vətəndaşlarına qarşı hücümlar qəbuledilməzdir və bu hücumlar ölkəmizin qanunlarının kobud şəkildə pozulmasıdır”- deyə Gregoryan bildirib.