BaşlıcaEkonomika

Moqerini: Aİ Ermənistanla əməkdaşlığının genişlənməsinə hazırdır

Brüsseldə Aİ xarici işlər və təhlükəsizlik siyasətinin baş komissarı Federika Moqerinin başçılığ ilə Ermənista-Aİ əməkdaşlıq şurasının 17-ci iclası keçirilib. Ermənistan nümayəndə heyətinə Xİ naziri Edvard Nalbandyan rəhbərlik edib.

Avropa İttifaqının bəyanatında qeyd edilir ki, tərəflər Aİ və Ermənistan arasında geniş əməkdaşlığa dair imzalanmış saziş çərçivəsində aparılmış müzakirələrini alqışlayaraq bu prosesinin tez bir vakitdə başa çatacağını çağırıblar.

“Biz bu gün əlaqələrimizdəki nöbəti addımlarımızı müzakirə etdik. Aİ Ermənistanla əməkdaşlığın genişləndirməsinə hazırdır,-deyə Moqerini bildirib.

ER Xİ naziri qeyd edib ki, Şuranın iclası çox səmərəli keçib. “Biz Ermənistan və Aİ arasında əməkdaşlığın genişləndirməsinə ümid edirik”.

Şura həmçinin ER-Aİ arasında hava nəqliyyatı üzrə saziş çərçivəsində müzakirələrinin başlanmasını alqışlayaraq  bütün mümkün sahələrdə əməkdaşlıq etməyə çağırıb.

Daha çox göstər
Back to top button