İctimaiyyət

Ermənistan səfiri Grigor Hovhanniosyan ABŞ Silahlı Qüvvələrinin kolejini ziyarət etdi

ABŞ-da Ermənistan Respublikasının səfiri Grigor Hovhannisyan mayın 19-da Amerikanın aparıcı hərbi koleji ABŞ Silahlı Qüvvələrinin kolejini ziyarət etdi. Bu haqda Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat, informasiya və ictimaiyyət ilə əlaqədər şöbəsindən məlumat verilib.

Səfər zamanı səfir Kolejin sədri general Vilyam Rap ilə görüşüb. Görüş ərzində tərəflər Beynəlxalq təhsil və təlim proqramları çərçivəsində iki tərəfli  əməkdaşlığın nəticələri və prespektivləri müzakirə ediblər.

Tərəflər məmnunluqla qeyd ediblər ki, Silahlı Qüvvələrin kolejində 7 erməni baş zabit  uğurla  təlim keçiriblər. Onlar ümid ediblər ki, bu proses davam edəcək. Səfir Hovhannisyan kolejin tələbələrinin iştirakı ilə keçirilən seminarda da  çıxış etdi. O, eləcə də kolejdəki erməni zabitləri ilə görüşüb.

Daha çox göstər
Back to top button