İctimaiyyət

Prokurorluq saytın redaktoruna xəbərdarlıq edib

“Bu gün Baş Prokurorluğa əsasən basta-info-da ordu ilə bağlı yazılara görə çağırıldığım məlum oldu”, – basta-info-nun baş redaktoru Mustafa Hacıbəyli Turan-a bildirib.

Onun sözlərinə görə, həmçinin əsgər ölümləri, son həbslərlə bağlı yazılara irad bildirilib: “Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşdük, haqqında yuxarıda dediyim məsələ barəsində söhbət oldu, bu yazıları dövlət sirrini yaymaq kimi dəyərləndirdilər”.

M.Hacıbəyli bir saata yaxın söhbətin yekunu olaraq rəsmi xəbərdarlıq barədə sənədi imzaladığını bildirib.

Daha çox göstər
Back to top button