BaşlıcaSiyasət

Səfir: “Ermənistan və İran arasındakı əməkdaşlıq planları həyata keçirilir”

Son illərdə Ermənistan və İranın birgə şəkildə həyata keçirdiyi işlər sayəsində müxtəlif sahələrdə əməkdaşlıq “pəncərələri” açılıb.

ER Kənd təsərrüfatı nazirinin vəzifəsini yerinə yetirən İqnati Arakelyan və İran İslam Respublikası Kənd təsərrüfat cihadı naziri Mahmud Höccəti ilə görüşü çərçivəsində jurnalistlər ilə müsahibəsində bu haqda deyərək, Ermənistanda İranın  Fövqəladə və səlahiyyətli səfiri Seyed Kazem Saccad əlavə edib ki, iki ölkə bir birinə bütün imkanlarını təqdim etmək üçün aktiv işləri aparır.

“ Ermənistana İran Kənd təsərrüfat nazirinin ziyarətini iki ölkə arasındakı əməkdaşlığın inkişafı üçün yaxşı əlamət olaraq sayıram. Müxtəlif sahələrdə İran və Ermənistan arasında əməkdaşlığı aktivləşdirilir və mən çox şadam ki, nazirlərin görüşü sayəsində kənd təsərrüfatı sahəsində da işlər apara bilərik. Qeyd edəm ki, iki ölkənin prezidentlərinin dəstəyi ilə viza rejimin qaldırılması nəticəsində Ermənistana turistlərin axını böyüyüb. Bu investisiya həcminin artmasına və iki ölkə arasında ticari-iqitsadi münasibətlərin inkişafına gətirəcək”, – deyərək Seyed Kazem Saccad vurğulayıb.

İran İslam Respublikası Kənd təsərüfatı Cihadı naziri Mahmud Höccətinin sözlərinə görə, iki ölkə hökumətləri arasında münsaibətlər yüksək səviyyədədir, iki xalqın məddəni münasibətləri isə keçmişdən gəlir.

“İki ölkənin iqtisadi sahələrində əməkdaşlığı üçün çox məhsuldar imkanlar vardır. Umid edirəm ki, gələcəkdə iki ölkə arasındakı ticari dövriyyəsinin artmasına şahid olacağıq və iki xalqın bu sahələrdə olduqca böyük uğurları olacaq”, -deyərək- Mahmud Höccəti qeyd edib.

 

Daha çox göstər
Back to top button