Ekonomika

ABB-nin kreditorları narazıdır: ‘Ödəmək istəmirlər’

Azərbaycan Beynəlxalq Bankının (ABB) investorları borcun 20 faizinin silinməsinə məcbur edilmələrindən bərk narazı qalıblar. Belə ki, mayın 23-də Londonda keçirilən görüşdə investorlara belə bir plan təklif olunub və xəbərdarlıq edilib ki, planı dəstəkləməsələr, bank bağlana da bilər. Maliyyə naziri deyib ki, kreditorlara heç vaxt tam dövlət təminatı da verilməyib. Bu haqda «Bloomberg» agentliyi yazır.

Mayın 23-də Londonda keçirilən görüşdə investorlara üç həll variantı təklif olunub. Birinci varianta əsasən, əsas kreditorlar üzrə 2.38 milyard dollar məbləğində borc 20 faiz endirimlə 12 illik dövlət istiqrazları ilə əvəzlənəcək. İstiqrazların gəlirliliyi illik 5.125 faiz təşkil edəcək.

İkinci varianta görə, borc illik gəlirliliyi 3.5 faiz olan 15 illik istiqrazlarla əvəzlənəcək. Üçüncü variant isə borcun ABB-nin yeni, gəlirliliyi 3.5 faiz olan 7 illik istiqrazları ilə əvəzlənməsini nəzərdə tutur.

«Bloomberg» yazır ki, ABB borc siyahısına Dövlət Neft Fondunun 1 milyard dollarlıq depozitini də salıb. Bu fond da dövlət tərəfindən idarə olunduğundan, onun siyahıda olması banka, təklifinə gərəkən dəstəyin 1/3-ni qazandırmış olur. Hətta investorlarla danışıqlar başlamamışdan görünən reallıq budur.

Daha çox göstər
Back to top button