İctimaiyyət

AXCP fəalı təkbaşına aksiya keçirdiyinə görə saxlanılıb

Bu gün AXCP fəalı Füzuli Hüseynov 28 may metro stansiyası ərazisində təkbaşına aksiya keçirdiyinə görə polislər tərəfindən saxlanılıb. Bu barədə AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində yazıb.

F.Hüseynovun əlində “Məhbuslara azadlıq!” şüarı olub.

F.Hüseynov polis bölməsinə aparılıb. Ona qarşı hansı tədbirlərin görüldüyü açıqlanmır.

DİN hələlik baş verənləri şərh etmir.

Daha çox göstər
Back to top button