
Mayın 25-də Artsax Respublikası hakimiyyətləri ilə əldə edilmiş razılaşmalara əsasən, ATƏT missiyası Artsax və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində, Martakert rayonundakı Seysulan yaşayış məntəqəsinin qərbi istiqamətində müntəzəm monitorinq keçirib.
Artsax Respublikası Müdafiə ordusunun mövqelərindən müşahidəni ATƏT fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Mixayil Olaru (Moldova) və ATƏT fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməkçisi Saymon Tiler( Böyük Britaniya) həyata keçirib.
Müşahidə nəzərdə tutulmuş müddətə görə keçirilib, atəşkəs rejiminin pozulması qeyd edilməyib. Amma Azərbaycan tərəfi ATƏT missiyasını ön cəbhəyə aparmayıb və əldə edilmiş razılıqları pozaraq, nəzarət aerostatından istifadə edib.
Müşahidə missiyasında Artsax tərəfini Artsax Respublikası Xarici işlər nazirliyi və Müdafiə nazirliyinin nümayəndələri müşayiət edib.